Suriyanın işğal olunmuş Cövlan yüksəklikləri sakinləri sionizmə qarşı aksiya keçirdi
-
Suriyanın işğal olunmuş Cövlan yüksəklikləri sakinləri sionizmə qarşı aksiya keçirdi
İşğal olunmuş Cövlanın ilhaq edilməsi üzrə sionist rejimin avantüraları ardınca, Suriyanın Cövlan yüksəkliklərinin sakinləri aksiya keçirərək bu rejimin işğalçılıq siyasətinin davam etməsinə qarşı olduqlarını bildiriblər.
Əl-Aləm televiziyasının məlumatına görə, Suriyanın işğal olunmuş Cövlan yüksəkliklərinin əhalisi irimiqyaslı aksiya keçirərək İsrail rejimi Knessetinin 1981-ci ildə təsdiqlədiyi Cövlanın işğal olunmuş ərazilərə ilhaqı qanununa etiraz olaraq 36-cü gün ardıcıl şəkildə aksiyanı davam etdirib.
İşğal olunmuş Cövlan yüksəkliklərinin sakinləri işğalçı İsrail rejiminin bu bölgə əhalisinə qarşı ədalətsiz qərarları qarşısında müqavimətin zəruriliyini vurğulayaraq öz ərəb-suriyalı mentaliteti və Suriyaya bağlı olduqlarını qeyd ediblər.
Sionist rejimin daxili təhlükəsizlik naziri Gilad Ardan bundan öncə bu rejimin qarşılaşdığı hədələrə toxunaraq işğal olunmuş Cövlanın bu rejimə ilhaqı üçün Donald Trampın prezidentlik dövründən faydalanmağı istəyib.
ABŞ prezidenti Donald Trampın 2017-ci il 6 dekabrda Qüdsü sionist rejimin paytaxtı elan etməsindən sonra, İsrail Knesseti fələstinlilərə qarşı hərəkətlərini artırıb.