Sionistlər fələstinli gənci döydülər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i295781-sionistlər_fələstinli_gənci_döydülər
İşğal olunmuş Qüds şəhərində fələstinlilərə qarşı kobud davranışın davamında sionist qəsəbə sakinlərindən ibarət bir dəstə bir fələstinli gənci döyüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 16, 2018 07:04 Asia/Baku
  • Sionistlər fələstinli gənci döydülər

İşğal olunmuş Qüds şəhərində fələstinlilərə qarşı kobud davranışın davamında sionist qəsəbə sakinlərindən ibarət bir dəstə bir fələstinli gənci döyüb.

Əl-Aləm televiziyasının məlumatına görə, cümə axşamı günü baş verən hadisədə fələstinli gənc tanınmaz hala gəlib və xəstəxanaya köçürülüb. 

Sionist qəsəbə sakinləri ötən gün də İsrail rejimi polis məmurlarının tam dəstəyi ilə Babul-Muğaribə tərəfdən əl-Əqsa məscidinə basqın ediblər. 

Sionist hərbçilər ötən gecə İordan çayının qərb sahilində əl-Xəlil, Nablos, Cenin və Tul-Kərəm şəhərlərinə basqın edərək 16 fələstinlini saxlayıblar. 

Sionistlər öz ekspansionist məqsədlərinə çatmaq üçün hər gün Fələstinin müxtəlif bölgələrinə hücum çəkir və fələstinliləri həbs edirlər. 

Sionist rejim fələstinlilərə təzyiq göstərməklə onları intifazəni durdurmağa və öz ərazilərini tərk etməyə məcbur etməyə çalışır.