Sionist işğalçılar Ramullahda əl-Aləm televiziyasının xəbər qrupuna hücum edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i295839-sionist_işğalçılar_ramullahda_əl_aləm_televiziyasının_xəbər_qrupuna_hücum_edib
Sionist işğalçılar İordan çayının qərb sahilində yerləşən Ramullahın şimalında Qərbi Məzrəə kəndində İran İslam Respublikasının əl-Aləm televiziyasının xəbər qrupuna hücum ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 16, 2018 17:18 Asia/Baku
  • Sionist işğalçılar Ramullahda əl-Aləm televiziyasının xəbər qrupuna hücum edib

Sionist işğalçılar İordan çayının qərb sahilində yerləşən Ramullahın şimalında Qərbi Məzrəə kəndində İran İslam Respublikasının əl-Aləm televiziyasının xəbər qrupuna hücum ediblər.

Əl-Aləm televiziyasının məlumatına görə, sionist işğalçılar bu hücumda xəbər qrupuna qarşı qaz bombalarından istifadə ediblər.

Sionist işğalçıların hücumunda əl-Aləmin müxbiri Səmah əl-Kəhlə və Fələstin Milli Təşəbbüs Hərəkatının baş katibi Mustafa əl-Bərqusi yaralanıb.

Hadisə ABŞ prezidentinin Qüds əleyhinə qərarından sonra 11-ci Qəzəb Cüməsi aksiyası zamanı baş verib.