Qətər əmiri: Yaxın Şərq uçurum kənarındadır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i295899-qətər_əmiri_yaxın_Şərq_uçurum_kənarındadır
Qətər əmiri Yaxın Şərqdəki keçmiş ixtilafların unudulmalı olduğunu bildirərək, deyib ki, Yaxın Şərq uçurum kənarındadır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 17, 2018 08:58 Asia/Baku
  • Qətər əmiri: Yaxın Şərq uçurum kənarındadır
    Qətər əmiri: Yaxın Şərq uçurum kənarındadır

Qətər əmiri Yaxın Şərqdəki keçmiş ixtilafların unudulmalı olduğunu bildirərək, deyib ki, Yaxın Şərq uçurum kənarındadır.

Qətər əmiri Şeyx Təmim bin Həməd Ali-Sani Münhendə keçirilən illik təhlükəsizlik konfransındakı rəsmi çıxışında deyib: Qətər, xalqımıza qəbul etdirilmiş qanunsuz və hücum xarakterli hərəkətlərin təsirlərini zərərsizləşdirməklə öz suverenliyini qoruya bilibdir. Qətərə qarşı uğursuz qalmış bu mühasirə göstərdi ki, kiçik ölkələr özlərinin daha böyük və daha iddialı qonşularının yaratdıqları hücum tufanından keçmək üçün necə diplomatiyadan və strateji iqtisadi proqramlaşdırmadan istifadə edirlər. Bu hücum hərəkətlərinin amilləri istəyirdilər ki, özlərinin firqəvi münaqişələrində və qüdrət oyunlarında kiçik ölkələrdən fiqurlar kimi bəhrələnsinlər. Buna görə, Yaxın Şərq, region xalqlarının maraqları və Qətər kimi ölkələrin istiqlaliyyəti və suverenliyinin təmini üçün həyati əhəmiyyət daşıyır.

Yaxın Şərq uçurum kənarındadır və indi onu bu durumdan geri qaytarmağın vaxtıdır. Buraya toplaşmış bütün kəslər, xüsusən böyük qüdrət və sərvətə malik olan kəslər bu münaqişənin həlli üçün xüsusi məsuliyyət daşıyırlar. Yaxın Şərqin iltihabı arxada qoya bilməsi üçün regional təhlükəsizlik razılaşmasından başlamalıyıq. Möhkəm inamla gələcəyə baxır və ümid edirik ki, bütün ölkələrdə həm hökumətlər, həm də insanlar üçün əsl təhlükəsizlik təmin ediləcək.