Qəzzə sakinləri İsrail əleyhinə aksiya keçiriblər
Yüzlərlə fələstinli cümə günü Qəzzədə aksiya keçirərək, İsrail rejiminin cinayətlərinə və Trampın Qüdslə bağlı son fitnəsinə etiraz edib.
Amerika xüsusilə də Tramp hökumətinin Qüds başda olmaqla, regionun şəraitinə zorla dəyişiklik etməyə çalışdığı bir şəraitdə fələstinli qruplar cümə namazında iştirak etdikdən sonra, etiraz aksiyası təşkil edərək, Trampın Qüdslə bağlı qərarına qarşı mübarizə və müqavimətin bütün səviyyələrdə davam etdiriləcəyini vurğulayıblar: “Qüdsü müdafiə üzrə mübarizə başa çatmayıb və bundan sonra da davam edəcək. İşğalçıların məkrli planları və hiyləgərliklərinə baxmayaraq, Qüds heç vaxt bir yəhudi şəhəri olmayacaq. Biz düşmənə qalib gələcəyimiz düşüncəsi ilə bu mübarizə meydanına daxil olmuşuq və yolumuzdan dönməyəcəyik.”
Bu etiraz aksiyasında iştirak edən fələstinli qrupların rəhbər üzvləri öz çıxışlarında son hadisələrin sadəcə Fələstini hədəfə almadığını deyərək, bütün İslam və Ərəb ölkələrinin hədəfdə olduqlarını bildiriblər. Onlar Amerikanın İslam və Ərəb ölkələrini parçalamaq, sərhədləri öz baxışı əsasında dəyişmək istədiyini deyiblər “Müqavimət qüvvələri Trampın Ər-Riyad iclasında işarə etdiyi təhdid ilə mübarizə aparmaq üçün Fələstin, Livan, Ərəb və İslam müqaviməti oxu ətrafında birləşməlidirlər. Tramp diqqətləri regionun bütün bəlalarının səbəbkarı olan İsraildən yayındırmaq və ittiham barmağını region ölkələrinin dostu və himayədarı olan İrana tərəf yönəltmək istəyir.”
Fələstinin ağır mühasirə şəraitində olmasına rəğmən, fələstinlilər mübarizədən əl çəkməyəcəklərini bildiriblər.