Fev 18, 2018 20:04 Asia/Baku
  • Qəzzədə gərginlik davam edir; 4 fələstinli şəhid olub və yaralanıb

Qəzzə zolağında artan gərginliyin ardınca Rəfəh şəhərində 2 fələstinli şəhid olub. Daha iki fələstinli də yaralanıb.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, İsrail ordusunun tankları bu gün səhər Qəzzə zolağının sərhədlərində, Rəfəh məntəqəsində fələstinliləri atəşə tutub. Bu hücumda fələstinli gənclər Salim Məhəmməd Səbah və Abdullah Əymən Əbu Şəyxə şəhid olublar. Hadisə nəticəsində iki fələstinli də yaralanıb.

İsrail ordusu bir qrup fələstinlinin Rəfəh şəhərini işğal edilmiş Fələsrin ərazilərindən ayıran tikanlı tellərə yaxınlaşdığını və buna görə də tanklardan onlara atəş açdığını iddia edib.

Qəzzənin Səhiyyə Nazirliyi də bu iki fələstinlinin şəhid olması xəbərini təsdiq edib.

Digər tərəfdən İsrailin ikinci telekanalı şənbə günü Xan Yunusun şərqində baş verən partlayışda xəsarət alan sionist hərbçilərdən birinin öldüyünü bildirib.

Fələstin İslami Cihad Hərəkatının sözçüsü Davud Şəhab da Xan Yunus hadisəsinə reaksiya olaraq deyib: Xan Yunus əməliyyatı İsrailin Qəzzə zolağına qarşı cinayətləri müqabilində adi bir hadisədir və bu əməliyyat Fələstin müqavimətinin Qəzzə zolağına edilən ardıcıl təcavüzlər müqabilində müdafiə qüdrətindən xəbər verir.

Teqlər