Ali-Xəlifə hərbçiləri aksiyaçılara hücum ediblər
Fev 19, 2018 13:31 Asia/Baku
Ali-Xəlifə rejiminin qüvvələri bəhreynli aksiyaçılara qarşı plastik mərmi və gözyaşardıcı qazdan istifadə ediblər.
Manama Post xəbər portalının bildirdiyinə görə, Ali-Xəlifə rejimi ancılan mərmilər və gözyaşardıcı qazdan istifadə edərək Əbu-Səbi və Əşşauxura qəsəbələrində aksiyaçıları hədəfə alıb.
Bəhreyn rejiminin muzdluları Sitrə bölgəsində də eyni əməliyyatlara əl atıblar.
Sitrədə aksiyaçılar şəhidlərin fotolarını daşıyaraq şüarlar səsləndirib və şəhidlərin intiqamını Ali-Xəlifə rejimindən alacaqlarını vurğulayıblar.
2011-ci il 14 fevraldan Bəhreyn Ali-Xəlifə rejiminə qarşı inqilabın şahididir.
Bəhreyn xalqı ayrı-seçkiliklərə son qoyulması, azadlığın təmin edilməsi və seçkilərin keçirilməsini istəyir.