Bəhreyndə məhkəmə Əl-Vifaqın buraxılmasına hökm verib
Fev 19, 2018 19:42 Asia/Baku
Ali-Xəlifə rejiminin Apelyasiya məhkəməsi ən əsas müxalifət hesab olunan Əl-Vifaq cəmiyyətinin fəaliyyət lissenziyasının ləğv edilməsi barədə qəti hökm çıxarıb.
Bəhreynin Əl-Əyyam qəzeti bu günkü sayında yazıb: Apelyasiya məhkəməsi Əl-Vifaq cəmiyyətinin və Bəhreyn Ədliyyə Nazirliyinin bu cəmiyyət və onun əmlakı barədə apelyasiya şikayətini rədd edib.
Qəzetin yazdığına görə, Bəhreyn məhkəməsi Əl-Vefaq tərəfindən irəli sürülən şikayəti qəbul edərək ilkin rəyi təsdiqləyib və şikayətçiləri şikayət xərclərini eləcə də 100 dinardan ibarət hüquqi prossesin xərclərini ödəməyə məhkum edib.