Mühasirə nəticəsində Qəzzədə 6 körpə dünyasını dəyişib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i296279-mühasirə_nəticəsində_qəzzədə_6_körpə_dünyasını_dəyişib
İnsan Haqlarına Dəstək Dünya Mərkəzi Qəzzə zolağında xəstəxanalarda zəruri dərman preparatlarının çatışmazlığı nəticəsinə 6 uşağın dünyasını dəyişdiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 20, 2018 16:32 Asia/Baku
  • Mühasirə nəticəsində Qəzzədə 6 körpə dünyasını dəyişib

İnsan Haqlarına Dəstək Dünya Mərkəzi Qəzzə zolağında xəstəxanalarda zəruri dərman preparatlarının çatışmazlığı nəticəsinə 6 uşağın dünyasını dəyişdiyini bildirib.

Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, İnsan Haqlarına Dəstək Dünya Mərkəzi Qəzzə zolağı xəstəxanalarında dərman çatışmazlığı nəticəsində 6 körpənin həlak olduğuna toxunaraq bildirib: Bu körpələr tam yetişkənliyi olmayan körpələrin tənəffüs sisteminə kömək edən Surfaktant ampulunun çatışmazlığı nəticəsində həlak olub.

Bu arada Qəzzə zolağında Əş-Şifa xəstəxanasının uşaq bölməsinin rəhbəri Nasir Bülbül deyib: Bu bölmə hər ay 100 ədəd qeyd olunan ampula ehtiyaclıdır. Lakin bu zolağın mühasirə olunduğuna görə, hər ay yalnız 20 ədəd təmin olunur.

Sionist rejimin 2006-cı ildən Qəzzə zolağını mühasirəyə alması ilə bu bölgədə insani və iqtisadi durum olduqca acınacaqlıdır.