Sionistlər bir daha Əl-Əqsa məscidinə hörmətsizlik ediblər
İsrail rejimi Əl-Əqsa məscidinin kənarında bir yəhudi turizm kompleksinin inşa əməliyyatına başlayıb.
Əl-Minar informasiya agentliyinin verdiyi məlumata görə, bu kompleksin tikinti-quraşdırma əməliyyatına İsrail başçıları və bəsi sionist qəsəbə sakinlərinin birgə qərarı əsasında Əl-Əqsa məscidnin qərb divarı olan "Bəraq Divarı"nın kənarında, Əl-Əqsa məscidinin təqribən 100 metrliyində start verilib.
Əl-Əqsa məscidinin müdiri Şeyx Ömər Kəsvani sionistlərin bu cinayətinə işarə edərək, deyib: Bu kimi hərəkətlər bütün beynəlxalq qanun və qaydalara ziddir və tarixi əsərlərə, xüsusilə Əl-Əqsa məscidinə qarşı hörmətsizlik sayılır.
Bir başqa məlumata görə, sionist rejim hərbçiləri dünən axşam və bu gün səhər Qərb Sahilində yerləşən kənd və qəsəbələrə hücum edərək, 20 fələstinlini həbs ediblər.