B.Əlcəfəri: "Şərqi Vahə"nin taleyi Hələb kimi olacaq
-
B.Əlcəfəri: "Şərqi Vahə"nin taleyi Hələb kimi olacaq
Suriyanın BMT-dəki nümayəndəsi Bəşşar Əlcəfəri deyib ki, bu ölkə ordusunun "Şərqi Vahə"də terrorçular üçün yaradacağı cəhənnəm sayəsində həmin məntəqənin taleyi Hələb kimi olacaqdır.
Suriyanın şimalında yerləşən Hələb şəhəri bu ölkə qüvvələrinin aylarla mübarizəsindən sonra 2016-cı ilin dekabrında terrorçuların işğalından azad edildi.
Bəşşar Əlcəfəri dünən Suriyada terrorizmlə mübarizənin davam etdirilməsini vurğulayaraq, əlavə edib: Suriya ordusunun Dəməşqin "Şərqi Vahə" məntəqəsində bir növ "terrorçuluq dəliliyi"nə son qoymaq üzrə səyi elə bir halda edilir ki, Amerika, Fransa və İngiltərənin terrorçulara verdikləri geniş dəstək davam edir.
Bəşşar Əlcəfəri BMT Təhlkəsizlik Şurasının bəzi üzvlərinin suriyalıların qanlarından sui-istifadə etmələrinə toxunaraq, deyib: "Şərqi Vahə"də terrorçuları himayə etmək üçün Dəməşqdə səkkiz milyon Suriya vətəndaşının həyatını təhlükəyə salmaq qəbuledilməzdir.
Suriyanın BMT-dəki nümayəndəsi söyləyib: BMT özünün Suriyada terrorizmə dəstək üzrə mövqeləri ilə peşəkar və etik bir böhranla üzləşir.
Dəməşqin ətrafında yerləşən "Şərqi Vahə" məntəqəsi gərginliyin azaldılması üzrə məntəqələrdən biridir və 2017-ci ilin may ayının dördündə keçirilən Astana iclasında onun barəsində razılıq əldə edilib. Suriya ordusunun "Şərqi Vahə"dəki əməliyyatı atəşkəs razılaşması əsasında həyata keçirilir.
Bu razılaşma Suriyada gərginliyin azaldılması üzrə dördlü məntəqənin yaradılması məqsədilə həmin ölkədə atəşkəsə zəmanət verən və nəzarətçi olan ölkələr kimi İran, Rusiya və Türkiyə arasında imzalanıb. Bu atəşkəs Əlqaidə, İŞİD və Cibhətunnusrə terror qruplarına şamil olmur.
Terrorçular "Şərqi Vahə" məntəqəsində yerləşirlər. Onlar bu məntəqədən hər gün Dəməşqəki yaşayış massivlərinə qarşı mərmi hücumları həyata keçirirlər; nəticədə bir qrup suriyalı həyatını itirir və ya yaralanır.