Seyid Həsən Nəsrullah: Düşmən müqavimətə qarşı məkirli plan hazırlayır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i296765-seyid_həsən_nəsrullah_düşmən_müqavimətə_qarşı_məkirli_plan_hazırlayır
Livan Hizbullahının baş katibi Amerika və onun müttəfiqlərinin regionda izlədikləri planın məğlubiyyətinə toxunaraq bildirib: Bu gün əkdiklərimizin məhsulunu biçməliyik və ən əsas nailiyyətimiz müqavimətə dəstəkdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 24, 2018 17:20 Asia/Baku
  • Seyid Həsən Nəsrullah: Düşmən müqavimətə qarşı məkirli plan hazırlayır

Livan Hizbullahının baş katibi Amerika və onun müttəfiqlərinin regionda izlədikləri planın məğlubiyyətinə toxunaraq bildirib: Bu gün əkdiklərimizin məhsulunu biçməliyik və ən əsas nailiyyətimiz müqavimətə dəstəkdir.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Livan baş katibi seyid Həsən Nəsrullah bu gün bəəlbək şəhərində etdiyi çıxışında deyib: Amerika və onun müttəfiqlərinin planı məğlubiyyətə uğradıqdan sonra düşmən  müqavimət əleyhinə məkirli plan ardıncadırlar. 

Seyid Həsən Nəsrullah ABŞ dövlət katibinin Livana səfərinə toxunaraq deyib: Reks Tilerson Beyruta getdikdə deməliyik ki, onun məqsədi sadəcə dəniz sərhədləri deyil, Hizbullah ilə qarşılaşmaqdır. 

Nəsrullah deyib: İsrail bu gün nədənsə qorxmasaydı 9-cu zonanın neft kəmərini istifadəyə verər və Livanın neft hüquqlarını qəsb etmiş olardı. 

Sionist rejimin müharibə naziri Aviqdor Liberman son vaxtlar iddia edib  ki, Livanın 9-cu neft və qaz yatağının sionist rejimə aid olduğunu iddia edib.