Fev 25, 2018 11:13 Asia/Baku
  • Bəhreyn xalqı Ali-Xəlifə rejiminin aqressiv siyasətləri əleyhinə aksiya keçirib
    Bəhreyn xalqı Ali-Xəlifə rejiminin aqressiv siyasətləri əleyhinə aksiya keçirib

Bəhreyn xalqı şənbə günü axşam bir daha aksiya təşkil edərək, Ali-Xəlifə rejiminin iniqlabçılar əleyhinə düşmən rəftarına və 4 bəhreynli gəncə qarşı cinayətinə etiraz edib.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Bəhreynin Kərbabad məntəqəsi sakinləri hazırda ev dustağı olan tanınmış şiə ruhani Şeyx İsa Qasımı himayə üzrə şüarlar verib, onun həbsinə son qoyulmasını istəyiblər. 

Ali-Xəlifə rejiminə bağlı təhlükəsizlik qüvvələri son zamanlar 4 bəhreynli gənci qətlə yetiriblər. Onlar, bu cinayəti gizli saxlamaq üçün cəsədləri dənizə atıblar. Bu 4 nəfərdən üçünün cəsədini dalğalar İranın cənubunda, Buşehr ostanı sahillərinə çıxardıb. Bu 3 cəsəd İranın Qum şəhərində dəfn edilib. 

Ali-Xəlifə rejimi 2016-cı ildə Şeyx İsa Qasımın vətəndaşlığını ləğv edib. O, hazırda yaşadığı Əddiraz məntəqəsində ev dustağıdır.

Teqlər