Təl-Əviv sakinləri Netanyahu əleyhinə aksiya keçiriblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i296851-təl_Əviv_sakinləri_netanyahu_əleyhinə_aksiya_keçiriblər
Təl-Əvivdə minlərlə nəfər İsrailin korrupsioner baş naziri Benyamin Netanyahu əleyhinə aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 25, 2018 10:28 Asia/Baku
  • Təl-Əviv sakinləri Netanyahu əleyhinə aksiya keçiriblər
    Təl-Əviv sakinləri Netanyahu əleyhinə aksiya keçiriblər

Təl-Əvivdə minlərlə nəfər İsrailin korrupsioner baş naziri Benyamin Netanyahu əleyhinə aksiya keçirib.

İRİB-nin verdiyi məlumata görə, aksiya iştirakçıları Netanyahunun istefa verməsini istəyiblər. Onlar Netanyahunun bir korrupsioner olduğunu, buna görə də öz vəzifəsində qala bilməyəcəyini vurğulayıblar.

İsrailin Kəşfiyyat və Daxili Təhlükəsizlik Təşkilatının (ŞABAK) sabiq sədri Carmi Gilon bu barədə deyib: Netanyahu öz eqoist rəftarıilə İsrailin varlığı və təhlükəsizliyini təhdid edir.

İsrail polisi şənbə günü baş nazir Benyamin Netanyahunun tezliklə "Bezeq" şirkəti əleyhinə ittihamlarla bağlı "4000 işi" çərçivəsində istintaqa cəlb ediləcəyini bildirib.