M.Oun: Livan sionist rejimin hücumu təqdirində özünümüdafiəyə hazırdır
Livan prezidenti vurğulayıb ki, bu ölkə sionist rejimin ehtimal olunan hücumu qarşısında özünü müdafiə etməyə hazırdır.
Livan prezidenti Mişel Oun bu gün Beyrutda BMT baş katibinin sülhü mühafizə məsələləri üzrə nümayəndəsi Jan Pyer Lakrova və onu müşayiət edən heyətlə görüşdə deyib ki, Livan özünün cənub sərhədlərində sabitlik və asayişin davam etməsinə israr edir.
Mişel Oun bir daha BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin sionist rejim tərəfindən pozulması və bu rejimin Livanın hava məkanından Suriyaya hücum üçün istifadə etməsini tənqid edib.
BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsi 2006-cı ildə Livan ilə sionist rejim arasındakı otuz üç günlük savaşdan sonra bu şura tərəfindən qəbul olundu ki, onda məqsəd, iki tərəf arasındakı gərginliyi azaltmaq elan edildi. Livan bu ölkənin hava, dəniz və quru məkanlarının sionist rejim tərəfindən pozulmasına toxunaraq, belə qənaətdədir ki, bu rejim qətnaməyə sadiq olmayıbdır.