Fev 26, 2018 20:49 Asia/Baku
  • Fələstinlilərin sionistlər tərəfindən həbs edilmələri davam edir
    Fələstinlilərin sionistlər tərəfindən həbs edilmələri davam edir

Sionist hərbçilər qərb sahilindəki iki kəndə basqın edərək, on üç fələstinlini həbs ediblər.

Sionist rejim hərbçiləri bu gün səhər tezdən qərb sahilinin mərkəzi olan Ramullah şəhərinin şimal-qərbində yerləşən əl-Nəbi kəndinə basqın edərək, 14 yaşlı yaralı yeniyetmə Muhəmməd əl-Təmimi daxil olmaqla azı on fələstinlini həbs ediblər.

Nablus şəhərində də sionist hərbçilər bu şəhərin qərbində yerləşən Təl kəndinə basqın zamanı üç fələstinlini həbs ediblər.

Digər bir xəbərə görə, Fələstin qeyri-hökumət xeyriyyə müəssisələri cəmiyyətinin koordinatoru Əhməd əl-Kərd bildirib ki, Qəzzə zolağının 2006-cı ildə sionist rejim tərəfindən mühasirə edilməsinin başlanmasından bəri mindən çox fələstinli şəhid edilibdir.

Bu məlumata görə, həyatlarını itirinlərdən 450 nəfər Qəzzə zolağında tibb ləvazimatı və dərmanın, eləcə də səhiyyə imkanlarının olmaması səbəbindən dünyasını dəyişibdir.

Fələstin qeyri-hökumət xeyriyyə müəssisələri cəmiyyəti koordinatorunun sözlərinə görə, sionist rejimin Qəzzənin yeganə elektrik stansiyasına qarşı hücumuna görə, Qəzzə sakinlərinin 2006-cı ildən bəri istifadə etdikləri elektrik alternativləri bu məntəqədə yüzə yaxın fələstinlinin həyatını itirməsinə bais olubdur.

Əhməd əl-Kərd hazırda Qəzzə zolağında iki milyon nəfərə yaxın sakinin olmasına işarə edərək, deyib ki, onlar keçidlərin yenidən açılması üçün təzyiqin göstərilməsi, eləcə də sosial yardımlar, tibbi təchizatlar və ləvazimatın təmin və yardımın edilməsini istəyirlər.

Teqlər