Ərəbistanın yüksək səviyyəli hərbçiləri qovuldular
https://azeri.sahartv.ir/news/qərbi_asia-i297035-Ərəbistanın_yüksək_səviyyəli_hərbçiləri_qovuldular
Səudiyyə Ərəbistanı kralı Salman Bin Əbdüləziz bazar ertəsi günü ölkənin yüksək səviyyəli rəsmilərinin dəyişilməsi prosesinin davamında Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Əbdürrəhman Bin Salih əl-Bünyan, Hərbi Hava Qüvvələri komandanı general Məhəmməd Bin Əvəz Səhim və quru qoşunları komandanı Fəhəd Bin Türki Bin Əbdüləzizi vəzifəsindən kənarlaşdırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 27, 2018 06:36 Asia/Baku
  • Ərəbistanın yüksək səviyyəli hərbçiləri qovuldular
    Ərəbistanın yüksək səviyyəli hərbçiləri qovuldular

Səudiyyə Ərəbistanı kralı Salman Bin Əbdüləziz bazar ertəsi günü ölkənin yüksək səviyyəli rəsmilərinin dəyişilməsi prosesinin davamında Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Əbdürrəhman Bin Salih əl-Bünyan, Hərbi Hava Qüvvələri komandanı general Məhəmməd Bin Əvəz Səhim və quru qoşunları komandanı Fəhəd Bin Türki Bin Əbdüləzizi vəzifəsindən kənarlaşdırıb.

Təsnim Xəbər Agentliyinin məlumatına görə, Ərəbistan kralı Əbdürrəhman Bin Salih əl-Bünyanın yerinə general Fəyyaz Bin Hamid Bin Rifad Ər-Rəvilini Silahlı Qüvvələri Baş Qərargahının rəisi təyin edib. 

General Türki Bin Bəndər Bin Əbdüləziz Ali-Səud və general Fəhəd Bin Abdulla Bin Məhəmməd əl-Mətir də müvafiq olaraq Hərbi Hava Qüvvələri və quru qüvvələri komandanları təyin olunublar. 

General Məzid Bin Salman Bin Məzid əl-Əmru da Ərəbistanın Havadan Müdafiə Qüvvələrinin komandanı təyin olunub. 

Ərəbistan kralı həmçinin əl-Couf bölgəsinin əmiri şahzadə Fəhəd Bin Bədr Bin Əbdüləziz Ali-Səudu vəzifəsindən kənarlaşdırıb və Bədr Bin Sultan Bin Əbdüləziz Ali-Səudu onun yerinə təyin edib. 

Siyasi analitiklərin yumşaq çevriliş adlandırdığı Ərəbistandakı son proseslər nəticəsində keçmiş krallar, əsasən də kral Abdullanın dövründəki nazirlər və rəsmilər vəzifələrindən uzaqlaşdırılmışlar.