Fev 27, 2018 19:15 Asia/Baku
  • Sionist hərbçilər Əhd Ət-Təmiminin yaxınlarını həbs ediblər
    Sionist hərbçilər Əhd Ət-Təmiminin yaxınlarını həbs ediblər

Sionist hərbçilər İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə basqın edərək, bir qrup fələstinli, o cümlədən fələstinli məhbus qız Əhd Ət-Təmiminin yaxınlarından bir neçə nəfəri həbs ediblər.

İSNA-nın məlumatına görə, sionist rejim hərbçiləri ötən gecə Ramullahın qərbində Nəbi Saleh kəndinə basqın edərək bir yeniyetməni yaralayıb, 19 gənci, o cümlədən Əhd Ət-Təmiminin yaxınları və onun qardaşını həbs ediblər.

Ötən il 19 dekabrda Əhd Ət-Təmimi ABŞ prezidenti Donald Trampın Qüdsü İsrail rejiminin paytaxtı kimi rəsmən tanımasına dair qərarına etiraz əlaməti olaraq keçirilən aksiyalar zamanı 2 İsrail rejimi hərbçisinə şillə vurmasına görə, həbs olunub və hələ də həbsdədir.

Sionistlər həmçinin İordan çayının qərb sahilində Nablos və Ramullah şəhərləti ətrafında fələstinlilərin evlərində axtarış aparıblar.

Teqlər