Fev 28, 2018 09:49 Asia/Baku
  • Bəhreynli alimlər müxaliflər barəsində çıxarılan edam qərarına etiraz ediblər

Bəhreyn alimləri bir bəyanat yayaraq, Ali-Xəlifə rejiminə bağlı məhkəmə sisteminin müxaliflər barəsində edam qərarı çıxartmasına etiraz ediblər.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, Bəhreyn alimlərinin birgə bəyanatında deyilir: Ali-Xəlifə rejiminə bağlı məhkəmə sistemi tərəfindən çıxarılan edam qərarları İslam əhkamına və insanların həyatı və namusu kimi ən mühüm məsələlərə aşkar təcavüz sayılır. 

Bəhreyn alimləri həmçinin deyiblər: İşgəncə altında əldə edilmiş etiraf əsasında edam hökmü çıxartmaq, vətəndaşlıqdan məhrum etmək, azadə qadınları həbs etmək və zalımcasına olan digər məhkəmə qərarları minimum ədalət prinsiplərinə belə malik deyil. 

Bəhreynin apelyasiya məhkəməsi ötən gün siyasi bir hərəkətdə daha 2 inqilabçı gənc barəsində çıxarılmış edam qərarını qüvvədə saxlayıb. Bu iki gənc bir polis əməkdaşını qətlə yetirməkdə müqəssir elan ediliblər. 

Daha iki bəhreynli gənc barəsidə ömürlük həbs qərarı çıxardılıb. 5 gənc barəsində isə 3 ildən 7 ilə kimi həbs qərarı çıxardılıb. 

Teqlər