Fev 28, 2018 10:09 Asia/Baku
  • BMT: Yəməndə yaşam faciəli hal alıb

BMT-nin humanitar yardım əməliyyatı üzrə məsul şəxsi Ərəbistanın Yəmənə qarşı savaşı və bu ölkəni mühasirədə saxlaması nəticəsində artan qıtlıq və vəbanın Yəməndə yaşamı acınacaqlı hala sürüklədiyini deyib.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Con Cinq çərşənbə axşamı Təhlükəsizlik Şurasının Yəmənlə bağlı iclasında deyib: Yəməndə artıq 3 ildir ki, davam edən müharibə bu ölkəni faciləli durum ilə üzləşdirib. Ötən noyabr ayından bəri daha 100 min insanın öz yaşayış yerini itirməsini nəzərə alaraq, vəziyyət daha da ağırlaşıb. 

Con Cinq həmçinin deyib: Yəməndə 22 milyon 200 min nəfər təcili ərzaq yardımına ehtiyaclıdır. 8.4 milyon nəfər isə artıq tam aclıq və qıtlıq astanasındadır. 

BMT-nin humanitar yardım əməliyyatı üzrə məsul şəxsi ötən aprel ayından bəri Yəməndə 1.1 milyon nəfərin vəba xəstəliyinə yoluxduğunu və 1982-ci ildən bəri ilk dəfə olaraq bu xəstəliyin belə bir iri miqyasda tüğyan etdiyini deyib. 

Teqlər