İsrail rejimi fələstinli şəhidlərin cənazələrini verməkdən imtina edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i297185-İsrail_rejimi_fələstinli_şəhidlərin_cənazələrini_verməkdən_imtina_edir
İsrail Knesseti fələstinli şəhidlərin cənazələrinin ailələrinə təhvil verilməsini önləyən qanun layihəsini ratifikasiya edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 28, 2018 15:28 Asia/Baku
  • İsrail rejimi fələstinli şəhidlərin cənazələrini verməkdən imtina edir

İsrail Knesseti fələstinli şəhidlərin cənazələrinin ailələrinə təhvil verilməsini önləyən qanun layihəsini ratifikasiya edib.

İRİB-nin verdiyi məlumata görə, sionist Yədiot Aharonot qəzeti yazır: İsrail Knesseti çərşənbə axşamı yeni bir qanun layihəsi qəbul edib. Bu qanuna əsasən İsrail polisi fələstinli şəhidlərin cənazələrini dəfn etmələri üçün ailələrinə verməyə bilər.

İsrail 2015-ci ildən bəri 16 fələstinli şəhidin cənazəsinin ailəsinə təhvil verməkdən çəkinib.

Başqa bir məlumata görə, İsrail hərbçiləri İordan çayının qərb sahili və Qüdsün müxtəlif məntəqələrinə basqın edərək, 17 fələstinlini, onlara qarşı hər hansı bir ittiham olmadan, həbs ediblər.