Mart 01, 2018 09:44 Asia/Baku
  • Səudiyyənin hücumunda 8 yəmənli ölüb və yaralanıb
    Səudiyyənin hücumunda 8 yəmənli ölüb və yaralanıb

Təcavüzkar Səudiyyə Ərəbistanının Yəmənin Hədidə vilayətinə qarşı dünənki hava hücumunda 8 yəmənli uşaq ölüb və yaralanıb.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, bir yerli mənbə bildirib ki, Səudiyyə qırıcıları Heys şəhərinin şimalında Əl-Bəğil bölgəsində Əssəd kəndində bir tarlanı hədəfə alıblar və nəticəsdə 5 qız həlak olub 3 qız yaralanıb. 

Təcavüzkar qırıcılar dünən Sədə vilayətinin Səhar bölgəsini 3 dəfə bombalayıblar ki, nəticədə 5 mülki həlak olub, 14 nəfər yaralanıb. 

Sənanın Nehm vilayətinə qarşı hava hücumunda isə bir qadın iki uşağı ilə birlikdə həlak olub və başqa iki nəfər yaralanıb. 

Səudiyyə Ərəbistanı Amerikanın dəstəyi ilə 2015-ci ildən Yəmənə qarşı hücumlarını davam edir və bu ölkəni quru, hava və dənizdən mühasirəyə alıb. Səudiyyə Ərəbistanının Yəmənə qarşı hərbi təcavüzü indiyədək on minlərlə yəmənlinin ölümü və yaralanması və milyonlarla insanın didərgin düşməsi ilə nəticələnib. 

Teqlər