Fərah vilayətinin süqutu ehtimalı artıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i297431-fərah_vilayətinin_süqutu_ehtimalı_artıb
Əfqanıstanın Fərah Vilayət Şurasının üzvü deyib: Talibanın hücumlarının artması və italiyalı hərbçilərin geri çəkilməsindən sonra ölkənin qərbində yerləşən bu vilayət süqut ərəfəsindədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 02, 2018 18:07 Asia/Baku
  • Fərah vilayətinin süqutu ehtimalı artıb
    Fərah vilayətinin süqutu ehtimalı artıb

Əfqanıstanın Fərah Vilayət Şurasının üzvü deyib: Talibanın hücumlarının artması və italiyalı hərbçilərin geri çəkilməsindən sonra ölkənin qərbində yerləşən bu vilayət süqut ərəfəsindədir.

Təsnim Xəbər Agentliyinin məlumatına görə, Şəhla Əbubəkr deyib: Talibanın hücumlarının artması nəticəsində taliyalı hərbçilərin Fərahdan çıxmasından sonra bu vilayətdə təhlükəsizlik vəziyyətinin yaxşılaşmasına ümid yoxdur.

O əlavə edib: Rayonların vilayətin mərkəzi ilə əlaqəsi kəsilib və bu vilayətin mərkəzinə bitişən bütün yollar Talibanın işğalındadır.