Ərəbistanın Yəmənə hücumları davam edir
-
Ərəbistanın Yəmənə hücumları davam edir
Ərəbistan qırıcılarının şənbə günü Yəmənin Təiz vilayətinə olan hücumlarında 3 nəfər həlak olub, bir qrup insan da yaralanıb.
İRNA-nın verdiyi məlumata görə, Ərəbistan qırıcıları şənbə günü həmçinin, Yəmənin Həccə vilayətində yerləşən Midi və Hərz məntəqələrini 18 dəfə bombardman ediblər.
Ərəbistan ABŞ, Britaniya və Fransanın dəstəyi ilə 2015-ci ilin martından Yəmənə qarşı hərtərəfli hərbi hücumlara başlayıb və bu ölkəni havadan, qurudan və sudan mühasirəyə alıb. Bu hücumlar indiyə kimi Yəməndə minlərlə insanın ölməsinə, milyonlarla nəfərin didərgin düşməsinə səbəb olub. Ölkənin demək olar ki, bütün sivil infrastrukturları məhv edilib, yollar. körpülər, xəstəxanalar, məktəblər, su şəbəkələri və digər infrastruktur tikililəri dağıdılıb. Ölkədə vəba və difteriya kimi yolxucu xəstəliklər sürətlə yayılır. Əhali aclıqdan əziyyət çəkir.