Ənsarullah hərəkatı yəmənli qüvvələrin Ali-Səud üzərindəki qələbələri barədə hesabat yayıb
Yəmənin Ənsarullah hərəkatı bir hesabat yayaraq, ötən bir ayda Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələrinin mövqelərinə 200-dən çox raket zərbəsinin endirilməsi və 214 düşmən əsgərinin məhv edilməsindən xəbər verib.
Mehr informasiya agentliyinin verdiyi məlumata görə, Ənsarullah hərəkatı bildirib: Yəmən ordusu və xalq qüvvələrinin ötən fevral ayında təcavüzkar qüvvələrə qarşı əməliyyatlarında düşmənə aid 20-dən çox zirehli texnika, 5 ədəd tank və 125 hərbi təchizat məhv edilib.
Bu əməliyyatlar zamanı düşmənə aid bir ədəd pilotsuz uçan aparat da vurularaq məhv edilib.
Bu hesabatda həmçinin deyilir: 69 Ərəbistan hərbçisi və 145 muzdlu yəmənli snayperlər tərəfindən öldürülüb.
Həmçinin, yəmənli qüvvələr təcavüzkarların 51 hücum əməliyyatını önləyərək, düşmən mövqelərinə qarşı 48 əməliyyat həyata keçiriblər.