Suriya ordusu şərqi Qutənin üçdə bir hissəsinə nəzarəti təmin edib
-
Suriya ordusu şərqi Qutənin üçdə bir hissəsinə nəzarəti təmin edib
Suriya qaynaqları bildiriblər ki, Suriya ordusu və onun müttəfiqləri son günlərdə terrorçularla ağır toqquşmalarda şərqi Qutənin üçdə bir hissəsinə nəzarəti təmin ediblər.
Mehr xəbər agentliyi Suriyanın SANA xəbər agentliyinə istinadla bildirib ki, Suriya ordusu və onun müttəfiqləri şərqi Qutədə bir çox cəbhələrdə irəliləyiblər. Suriya ordusu Rusiyanın hava dəstəyi ilə şərqi Qutədə yaraqlı qruplar və terrorçuların tabeliyində olan mərkəzlərə nəzarəti təmin etmək ardıncadır.
Cüyşül-İslam adlanan terrorçuların mənbələri də bu qrupun Suriya ordusu qarşısında geri çəkildiyini bildiriblər.
Əl-Minar telekanalı da Suriya ordusunun şərqi Qutədə Əl-Məhəmmədiyyə qəsəbəsində irəliləməsindən xəbər verib.
Suriya ordusu hal-hazırda Hərəsta və Duma ətrafındakı qəsəbə və kəndlərin çoxunu terrorçulardan təmizləyib və şərqi Qutədə bir çox bölgələri terrorçuların işğalından azad edib.