Şeyx Əli Salmanın 3 yaşlı qızı bəhreynli şəxsiyyət vəsiqəsindən məhrum edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i297775-Şeyx_Əli_salmanın_3_yaşlı_qızı_bəhreynli_şəxsiyyət_vəsiqəsindən_məhrum_edilib
Ali-Xəlifə rejimi Bəhreyn Milli Birlik İslam Cəmiyyətinin baş katibinin qızı Sarə Əli Salmana şəxsiyyət vəsiqəsi verməkdən boyun qaçırır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 06, 2018 17:18 Asia/Baku
  • Şeyx Əli Salmanın 3 yaşlı qızı bəhreynli şəxsiyyət vəsiqəsindən məhrum edilib
    Şeyx Əli Salmanın 3 yaşlı qızı bəhreynli şəxsiyyət vəsiqəsindən məhrum edilib

Ali-Xəlifə rejimi Bəhreyn Milli Birlik İslam Cəmiyyətinin baş katibinin qızı Sarə Əli Salmana şəxsiyyət vəsiqəsi verməkdən boyun qaçırır.

Bəhreyndə hakim rejimə müxalif ən böyük siyasi qrup olan Milli Birlik Cəmiyyətinin baş katibi Şeyx Əli Salman 1990-cı illərdə bu ölkədən sürgün olundu və 2001-ci ildə ölkəyə qayıtdı.

Ali-Xəlifə rejimi 2015-ci ilin iyun ayında Bəhreyn əl-Vifaq İslam Cəiyyətinin baş katibini Daxili İşlər Nazirliyinə xəyanət etməkdə və vətəndaşları qanuni itaətsizliyə təhrik etməkdə suçlayaraq 9 il həbsə məhkum etdi.

Rəsa İnformasiya Agentliyinin məlumatına görə, Şeyx Əli Salmanın həyat yoldaşı Ülya Rəzi çərşənbə axşamı günü Twitter səhifəsində Sarənin üç il üç aydan çoxdur atasının həbsinə görə Bəhreyn vətəndaşı olmaqdan məhrum edildiyinə toxunaraq yazıb: Ali-Xəlifənin bu hərəkəti Şeyx Əli Salmandan intiqam almaq istiqamətindədir.