Ərəbistanın cənub-qərbində bir qrup səud hərbçisi öldürülüb
Yəmənin Ənsarullah hərəkatının snayperləri dünən gecə Ərəbistanın cənub-qərbində yerləşən Cizan məntəqəsində dörd səud hərbçisini öldürüblər.
Yəmənin Ənsarullah hərəkatının snayper bölməsi səud koalisiyasının Yəmən xalqına qarşı təcavüzünə cavabda Cizanın müxtəlif məntəqələrində üç səud hərbçisini öldürməkdən əlavə, onların qərargahlarını gülləbaran edibdir.
Yəmənin Ənsarullah hərəkatının artilleriya bölməsi də Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbuh Mənsur Hadinin tabeliyində olan ünsürlərin Ərəbistanın Əsir şəhərinin məntəqələrindən birində yerləşən qərargahını hədəfə alıbdır.
Eyni zamanda, səudiyyə qəzetləri olan Əkaz, Səbəq, Məkkə və Əlməvatin Yəmənin Ənsarullah hərəkatı ilə döyüşlərdə öldürülmüş səkkiz səud hərbçisinin basdırılmasından xəbər veriblər.
Yəmənli qüvvələr təcavüzkarların hücumlarına cavab olaraq, Ali-Səud rejiminin və onun muzdurlarının Yəməndə və Ərəbistanın daxilində olan mövqeləri və bazalarını hədəfə alıblar.