Şərqi Vahəyə yardımların göndərilməsi təxirə salınıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i298015-Şərqi_vahəyə_yardımların_göndərilməsi_təxirə_salınıb
Rusiya müdafiə nazirliyi bildirib ki, Suriyanın Şərqi Vahə məntəqəsinə humanitar yardımların göndərilməsi terrorçuların hücumlarının şiddətlənməsinə görə təxirə salınıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 08, 2018 16:56 Asia/Baku
  • Şərqi Vahəyə yardımların göndərilməsi təxirə salınıb
    Şərqi Vahəyə yardımların göndərilməsi təxirə salınıb

Rusiya müdafiə nazirliyi bildirib ki, Suriyanın Şərqi Vahə məntəqəsinə humanitar yardımların göndərilməsi terrorçuların hücumlarının şiddətlənməsinə görə təxirə salınıbdır.

Suriyada atəşkəsə nəzarət üzrə rus mərkəzin nümayəndəsi Yuri Yutoşenko bu gün belə deyib: Beynəlxalq humanitar təşkilatlar qərara alıblar ki, Suriyanın Şərqi Vahə məntəqəsinə humanitar yardımların göndərilməsini terrorçuların mərmi hücumlarının davam etməsinə görə təxirə salsınlar.

Yuri Yutoşenko vurğulayıb: Humanitar karvanların Suriyanın Şərqi Vahə məntəqəsinə doğru hərəkəti qərar üzrə bu gün səhər başlamalı idi, lakin Cibhətunnusrə terrorçularının mərmi hücumlarının şiddətlənməsinə görə, təxirə düşübdür.

Terror qrupları bir ay bundan öncədən Dəməşqdə və onun ətrafındakı əksər yaşayış massivlərini hədəfə alırlar ki, nəticədə indiyədək çoxlu sayda suriyalı dünyasını dəyişib və ya yaralanıbdır.