Qətər xi naziri: Ərəbistan fitnə ilə regionun sabitliyini pozmaq ardıncadır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i298023-qətər_xi_naziri_Ərəbistan_fitnə_ilə_regionun_sabitliyini_pozmaq_ardıncadır
Qətərin xarici işlər naziri deyib ki, Ərəbistan vəliəhdinin Fars Körfəzi ölkələrinin böhranı barədəki son sözləri səud başçılarının bu məsələdən nigaran olmalarından xəbər verir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 08, 2018 17:59 Asia/Baku
  • Qətər xi naziri: Ərəbistan fitnə ilə regionun sabitliyini pozmaq ardıncadır
    Qətər xi naziri: Ərəbistan fitnə ilə regionun sabitliyini pozmaq ardıncadır

Qətərin xarici işlər naziri deyib ki, Ərəbistan vəliəhdinin Fars Körfəzi ölkələrinin böhranı barədəki son sözləri səud başçılarının bu məsələdən nigaran olmalarından xəbər verir.

Ərəbistan vəliəhdi Muhəmməd bin Salman Qahirədə Qətərin mühasirəsini önəmsiz bir məsələ adlandırıb və belə deyib: Qətərin əhalisi Misirin bir küçəsinin əhalisinin sayına belə çatmır və Qətər işini xarici işlər nazirliyinin on ikinci dərəcəli bir rəsmisi araşdırır.

Qətərin xarici işlər naziri Muhəmməd bin Əbdurrəhman Ali-Sani bu gün Brüsseldə Ərəbistan vəliəhdi Muhəmməd bin Salmanın sözlərindən təəccüb ifadə edərək, vurğulayıb: Ölkələr öz sahələri ilə ölçülmürlər, zira ola bilsin, Qətər kiçik bir ölkə olmuş olsun, amma öz ölkəsinin vətəndaşlarına diqqət yetirən böyük ürəkli mütəfəkkirlərə malikdir.

Qətərin xarici işlər naziri əlavə edib: Elə böyük ölkələr də vardır ki, ürəkləri və zehinləri kiçikdir və regionda sabitliyi pozmaq və fitnəkarlıqla məşğuldurlar.

Ərəbistan, BƏƏ, Bəhreyn və Misir 2017-ci il iyunun beşində Qətəri terrorizmə dəstək verməkdə ittiham edib, bu ölkəyə qarşı geniş sanksiyalar tətbiq etməklə həmin ölkə ilə öz əlaqələrini kəsdilər.