Mart 10, 2018 10:00 Asia/Baku
  • Şərqi Qutədə anti-terror aksiyası
    Şərqi Qutədə anti-terror aksiyası

Terrorçuların Dəməşqin şərqi Qutə bölgəsi sakinlərinin bu ərazidən çıxışına qadağa qoymasına görə onlarla suriyalı yerli sakin etiraz aksiyası keçirərək terrorçuların bu ərazini tərk etmələrini istəyiblər.

Şərqi Qutə Dəməşqin yaxınlığında strateji əhəmiyyətə malik olan bölgədir. Bu ərazinin yarısı terrorçuların işğalındadır. Terrorçular hər gün bu bölgədən Dəməşqdə mülki əhalini raketlə hədəfə alırlar. 

Əl-Məyadin telekanalının verdiyi məlumata görə, şərqi Qutədə Humoria  və Kəfər Bətna bölgələrinin sakinlərindən ibarət onlarla adam dünən Suriya bayraqlarını daşıyaraq, səsləndirdikləri şüarlarda silahlılaırn bu bölgəni tərk etmələrini istəyiblər. 

Mesraba və Humoria bölgələrinin sakinləri də dəfələrlə Suriya ordusunun bu bölgələrə daxil olmasına dəstək nümayiş etdirərək terrorçuların şərqi Qutəni tərk etmələrini istəmişdir. 

Suriyanın dövlət televiziyası isə bildirib ki, bir qrup yaraqlı ailələri ilə birlikdə Əl-Vafidin keçidi vasitəsi ilə şərqi Qutəni tərk etməkdədir. 

Suriya dövləti xalqın və şərqi qutədə bəzi ağsaqqalların köməyi ilə cümə axşamı mülkinin çıxarılması üçün yeni keçid yaratmışdır. 

Eyni zamanda terrorçular mülkinin şərqi Qutəni tərk etmələrini əngəlləyirlər. 

Suriya ordusu öz xalqına dəsətək çərçivəsində şərqi Qutəni terrorçulardan təmizləmək istəyir. Yayılan məlumatlara görə, bölgənin yarısı indiyədək işğalçılardan təmizlənibdir. 

Teqlər