Mart 10, 2018 11:13 Asia/Baku
  • Səudiyyə Ərəbistanının cənubunda 4 səudiyyə hərbçisi öldürülüb
    Səudiyyə Ərəbistanının cənubunda 4 səudiyyə hərbçisi öldürülüb

Yəmən ordusu və xalq komitələrinin snaypreləri dünən Səudiyyə Ərəbistanının cənubunda Nəcran və Ceyzan bölgələrində 4 səudiyyə hərbçisini öldürüblər.

İRNA-nın verdiyi məlumata görə, Yəmən ordusu və xalq komitələrinin gücü bu ölkənin Səudiyyə Ərəbistanı tərəfindən hərtərəfli mühasirədə olmasına baxmayaraq gün-gündən artır. 

Səudiyyə hərbçiləri isə Yəmən xalqına qarşı növbəti cinayətdə Yəmənin Sədə vilayətində Razih qəsəbəsinə raket hücumunda bir qadının ölümünə yaşayış mənzillərinin və bir səhiyyə mərkəzinin dağılmasına səbəb olublar. 

Digər tərəfdən Səudiyyə qırıcıları dünən Əl-Mənsuriyyə bölgəsi və Əl-Hədidə hava limanının iki dəfə hədəfə alıblar. 

Səudiyyə Ərəbistanı, ABŞ, Britaniya, Fransa və Birləşmiş Ərəb Əmirliklərinin dəstəyi ilə 2015-ci il mart ayında Yəmənə hərbi təcavüz etdi və bu ölkəni quru, dəniz və havadan mühasirəyə almışdır. 

Səudiyyə Ərəbistanı və onun müttəfiqlərinin Yəmənə qarşı militarist siyasəti nəticəsində indiyədək 14 min yəmənli həlak olub, on minlərlə adam yaralanıb və milyonlarla yəmənli didərgin düşüb. Həmçinin bu ölkədə ərzaq və dərman çatışmazlığı eləcə də müxtəlif yoluxucu xəstəliklərin yayılması kimi ciddi problemlər yaşanmaqdadır. 

 

Teqlər