İsrail rejimi müqavimət şəhidlərinin cənazələrinin təhvil verilməsinə mane olur
Mart 11, 2018 11:35 Asia/Baku
-
İsrail rejimi müqavimət şəhidlərinin cənazələrinin təhvil verilməsinə mane olur
Əsir və Azadə Fələstinlilərin Məsələləri üzrə Heyət İsrailin beynəlxalq qanunlara zidd olaraq 250 fələstinli şəhidin cənazəsini ailələrinə verməkdən imtina etdiyini bildirib.
İSNA xəbər agentliyinin verdiyi məlumata görə, Əsir və Azadə Fələstinlilər Komitəsinin üzvü Əbdünnasir Fəravəne deyib: Fələstinlilərin cəsədlərinin ailələrinə təhvil verilməməsi İsrail rejiminin fələstinlilərə qarşı ən böyük və ən çirkin dini, əxlaqi, qanuni və insani cinayətidir.
Fəravəne həmçinin deyib: Fələstin müqavimətinin bəzi şəhid üzvlərinin cənazələri 40 ildir ki, İsrail morqlarında saxlanılır.
İsrailin baş naziri Benyamin Netanyahu şəhidlərin dəfn mərasimlərinin fələstinlilərin anti-sionist fəaliyyəti üçün münasib məkana çevrilməsindən nigarandır.
Teqlər