Mart 13, 2018 12:54 Asia/Baku
  • Trampın Qüdsə qarşı qərarından bəri 19 fələstinli şəhid edilib
    Trampın Qüdsə qarşı qərarından bəri 19 fələstinli şəhid edilib

Fələstin Səhiyyə Nazirliyi bildirib ki, ABŞ prezidenti Donald Trampın Qüdsə qarşı qərarından bəri sionist hərbçilərlə toqquşmalarda 19 fələstinli şəhid edilibdir.

ABŞ prezidenti Donald Tramp 2017-ci il dekabrın altısında Qüdsü sionist rejimin paytaxtı kimi təqdim etdi və eyni zamanda, Amerika səfirliyinin Təl-Əvivdən işğal olunmuş Qüdsə köçürülməsi barədə göstəriş verdi. Bu da fələstinlilərlə bərabər, dünya ölkələrinin kəskin müxalifətlərilə üzləşibdir.

Fələstin Səhiyyə Nazirliyi dünən bildiribdir ki, 2017-ci il dekabrın altısından bəri şəhid edilmiş fələstinlilərdən üçü, uşaqdır.

Bu nazirliyin məlumatına görə, 2017-ci il dekabrın altısından bəri, iki yüz otuz səkkizi uşaq olmaqla min səksən üç fələstinli də sionist hərbçilərlə toqquşmalarda yaralanıbdır.

Bu fələstinli orqan həmçinin bildiribdir ki, Trampın Qüdsə qarşı qərarından bəri on beş təcili yardım maşını birbaşa şəkildə sionist hərbçilərin atəşlərinə məruz qalıbdır.

Teqlər