Fələstinlilər Qəzzə mühasirəsi əleyhinə aksiya keçirdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i298603-fələstinlilər_qəzzə_mühasirəsi_əleyhinə_aksiya_keçirdi
Minlərlə fələstinli Fələstinin milli barışığını dəstəkləyərək və sionist rejimin Qəzzə zolağının mühasirəsini davam etdirməsinə etiraz olaraq aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 14, 2018 09:51 Asia/Baku
  • Fələstinlilər Qəzzə mühasirəsi əleyhinə aksiya keçirdi

Minlərlə fələstinli Fələstinin milli barışığını dəstəkləyərək və sionist rejimin Qəzzə zolağının mühasirəsini davam etdirməsinə etiraz olaraq aksiya keçirib.

Mehr İnformasiya Agentliyinin əl-Youm əl-Sabeyə istinadla verdiyi məlumata görə, minlərlə Qəzzə sakini çərşənbə axşamı günü Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsinin dəvəti əsasında sionist rejimin bu zolağı mühasirə etməsi əleyhiə aksiya keçirib.

Əllərində Qəzzə zolağının mühasirəsi əleyhinə plakatlar və Fələstin bayrağını tutan aksiya iştirakçıları Qəzzə zolağı sakinlərinin əzab-əziyyətinə son qoyulması, ABŞ prezidenti Donald Trampın işğal olunmuş Qüds haqda məkrli planı ilə qarşılaşmaq məqsədilə yerli qruplar arasında birliyin gücləndirilməsini istəyiblər.

Həmçinin gələn günlərdə Rəfəh və Xan Yunusda oxşar aksiyaların keçirilməsi qərara alınıb.