Həmuriyyə və Şərqi Vahə-nin yetmiş faizi azad edilib
-
Həmuriyyə və Şərqi Vahə-nin yetmiş faizi azad edilib
Suriya ordusu Dəməşq ətrafındakı Şərqi Vahə-də yerləşən Həmuriyyə şəhərinin nəzarətini öz əlinə alıbdır.
"Suriya insan haqları gözətçisi" adlı qrup bildirib ki, Dəməşq ətrafındakı Şərqi Vahə-dən çıxaraq, Suriya ordusunun nəzarətində olan məntəqələrə daxil olmuş mülkilərin sayı azı on iki min beş yüz nəfərə çatıbdır. Həmçinin Suriya dövləti ilə müxalif olanların tabeliyində olan bu qrup təsdiq edibdir ki, Dəməşq ətrafındakı Şərqi Vahə-yə nəzarətin yetmiş faizindən çoxu Suriya ordusunun əlinə keçibdir.
Suriya ordusu qiyamçıların sığınacağına çevrilmiş Şərqi Vahə-dəki irəliləyişlərini davam etdirməkdədir.
"Suriya insan haqları gözətçisi" adlı qrupun məlumatına görə, Suriya ordusu mühüm Həmuriyyə qəsəbəsinə daxil ola bilibdir.
Əlməyadin telekanalı xəbər verir: Sivillərin Dəməşq ətrafındakı Şərqi Vahə-dən çıxmaları mülkilərin Suriyada silahlı qrupların nəzarətində olan məntəqələrdən köçürülmələri üzrə ən geniş əməliyyatdır.
Bu hərəkət Suriya dövlətinin nəzarəti altında və beynəlxalq tərəflərin iştirakı olmadan həyata keçir.
Şərqi Vahə-dən çıxmış bu məntəqənin sakinləri deyiblər ki, terrorçular humanitar yardımları qarət edir və bu yardımların mülkilərin əllərinə çatmasına imkan vermirlər.
Suriya Qırmızı Aypara Cəmiyyəti də Beynəlxalq Qızıl Xaç Komitəsinin həmkarlığı ilə Şərqi Vahə-yə 340 ton ərzaq daxil edibdir.
Ailələrin bir çoxu Suriya ordusunun Həmuriyyəyə gəlib çatmasından dərhal sonra bu şəhərdən çıxa bilibdir. Silahlı qruplar bu ailələrdən insan qalxanı kimi istifadə edə bilməyiblər. Bu telekanalın müxbiri əlavə edib: Qərar üzrə bir qrup silahlı şəxs də öz silahını kənaraq qoyaraq, Həmuriyyədən çıxmalıdır. Bu ailələrin bəziləri silahlı şəxslərin ailələrindən ola bilərlər. Bütün bu ailələr müvəqqəti məskunlaşma məkanına köçürüləcəklər.
Silahlı qruplar Suriya ordusunun Həmuriyyəyə gəlib çatmasından dərhal sonra bu şəhərdən qaçıblar.
Mülkilərin geniş şəkildə Şərqi Vahə-dən çıxmaları Suriya dövləti üçün böyük qələbə sayılır. Əslində bu, dövlətin, terrorçuların nəzarətində olan Şərqi Vahə-yə qarşı üç həftə bundan öncədən başlanmış hücumlarının əvvəlindən bəri sivillərin həmin məntəqədən ən böyük çıxışıdır.
Ordu bölmələri bu ərazidən boşaldılmış əhalini qarşılayaraq, onlara su və qida veriblər ki, bu şəxslər, onların məskunlaşmaları üçün müvəqqəti olaraq hazırlanmış təchizatlı mərkəzlərə köçürülməyə hazırlaşmış olsunlar.