Mart 17, 2018 14:33 Asia/Baku
  • 17 mindən çox şəxs Şərqi Qutədən çıxıb
    17 mindən çox şəxs Şərqi Qutədən çıxıb

Suriyada yerləşən Rusiya Milli Barışıq Mərkəzinin rəhbəri atəşkəs rejimi elan olunduqdan sonra azı 17 min nəfərin Şərqi Qutədən çıxdığını bildirib.

Mehr İnformasiya Agentliyinin Rusiya əl-Youm televiziyasına istinadla verdiyi məlumata görə, Suriya ordusunun terrorçularla qarşıdurmadan iki həftə sonra Şərqi Qutənin 70%-ni nəzarətə götürməsi ardınca, Suriyada yerləşən Rusiya Milli Barışıq Mərkəzinin rəhbəri Yuri Yutoşinko Şərqi Qutədə atəşkəs rejimi elan olunduqdan sonra Həmuriyyə, Səqba və Xazə keçidləri vasitəsi ilə minlərlə suriyalı sivilin çıxdığına toxunaraq deyib: Ötən sutka ərzində beş mindən çox sivil bu keçidlər vasitəsi ilə Şərqi Qutəni tərk edib.

Rus rəsmisinin sözlərinə görə, yaraqlılar sivillərin Həmuriyyə bölgəsindən çıxmasına mane olmağa çalışıblar. Belə ki, onların snayperləri vətəndaşlara atəş açırdılar.

Ötən gecə Şərqi Qutədə yerləşən terror qruplarının Suriya paytaxtı Dəməşqin Bab Tuma bölgəsinə minaatandan atəş açması nəticəsində üç nəfər yaralanıb. həmçinin bölgənin yaşayış massivləri və ictimai obyektlərinə ziyan dəyib.

Şərqi Qutədə vəziyyətin yaxşılaşması ilə radikal qruplar Dəməşq və onun ətrafındakı yaşayış bölgələrini atəşə tutublar.

Suriya ordusu ölkə vətəndaşlarını mühafizə etmək istiqamətində Şərqi Qutəni terrorçulardan təmizləmək niyyətindədir. Lakin ABŞ və müttəfiqləri, o cümlədən Fransa və Britaniya Şərqi Qutədə terrorçuların məğlubiyyətinə mane olmağa çalışırlar.

Suriyada böhran 2011-ci ildən regionun proseslərini sionist rejimin xeyrinə dəyişmək məqsədilə ABŞ, Ərəbistan və müttəfiqlərinin dəstəklədiyi terror qruplarının irimiqyaslı hücumları ilə başlanıb.

Teqlər