Bəhreyndə edama məhkum məhbus işgəncə olunub
Beynəlxalq Amnistiya Təşkilatı cümə günü məlumatlara istinad edərək bildirib: Edama məhkum olunan məhbus Əli əl-Ərəb bir həftə müddətində Ali-Xəlifə məmurları tərəfindən hər gecə işgəncə edilib.
İRİB-in Beynəlxalq Amnistiya Təşkilatına istinadla verdiyi məlumata görə, Ali-Xəlifə rejiminin Cəza Məhkəməsi 31 yanvarda Bəhreyn vətəndaşı Əli əl-Ərəb və başqa bir bəhreynlini saxta ittiham, terror qrupu yaratmaq ittihamı ilə edama məhkum edib.
Bu məhkəmə zamanı onlarla nəfər də uzun müddətli həbslərə və vətəndaşlığın ləğv edilməsinə məhkum olunublar.
Beynəlxalq Amnistiya Təşkilatı Ali-Xəlifə rejiminin tənqidçiləri həbs və işgəncə etməkdə olduğunu bildirib və əlavə edib: Ali-Xəlifə rejimi rəsmiləri Bəhreynin hüquqi cəmiyyətini məhv etmək üçün hər bir metoddan istifadə edirlər. Bu hərəkətlər 2017-ci ildən daha da artmışdır.