Sionist rejim Suriya böhranını uzatmaq istəyir
-
Sionist rejim Suriya böhranını uzatmaq istəyir
Suriyanın BMT-dəki nümayəndəsi deyib: Sionist rejimin Suriyanın cənubundakı terrorçulara dəstəyi Cövlanın işğalını təsbit edir.
Hisaməddin Ala deyib: Suriyada müharibə başlanandan bəri sionist rejimin Suriyanın cənubundakı silahlı qruplara dəstəyi gün-gündən artıb və bu böhranın uzadılması məqsədini güdür.
Ala işğalçı rejim başçılarının Amerika və bəzi müttəfiqlərinin dəstəyi ilə həyata keçən irqçi rəftarlarını və Suriyanın Cövlan sakinlərini təhdid etməsini pisləyib.
İnsan Haqları Şuasının 37-ci dövrü üçün Suriyanın BMT-yə göndərdiyi daimi nümayəndəsi olan Hisaməddin Ala deyib: İşğalçı sionist rejim başçıları Suriyada müharibə başlanan çağdan terrorçu qruplara birbaşa himayələrini artırıblar. BMT hesabatlarında da öz təsdiqini tapan bu yardımlarla sionist rejim terrorçulara Əl-Fəsl və onun ətraf ərazilərində Suriya ordusu ilə döyüşmək imkanı yaradır. Bu rejim terrorçulara dəstək verməklə Suriyada böhranın müddətini uzatmağa və sonda işğal olunmuş Cövlanı işğal olunmuş ərazilərə əlavə etməyi planlaşdırır.