Səudiyyə Ərəbistanının hava hücumunda 17 yəmənli ölüb
-
Səudiyyə Ərəbistanının hava hücumunda 17 yəmənli ölüb
Səudiyyə Ərəbistanı qırıcılarının Yəmənin şimalında Sədə vilayətinə qarşı hücumlarında 17 sivil həlak olub.
Əl-Aləm telekanalının verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının təcavüzkar hərbi təyyarələri Yəmənin qərbində Əl-Hüdəydə vilayətində Əccəahi bölgəsini də 8 dəfə bombalayıblar.
Yəməndən əldə olunan başqa məlumata görə, təcavüzkar qırıcılar Sədə vilayətində Razih rayonunu da 3 dəfə bombalayıblar.
Digər tərəfdən Yəmən ordusu və xalq komitələri Əzzale vilayətində Meris bölgəsində səudiyyə muzdlularının mövqelərinə hücum edərək onları ağır tələfata məruz qoyublar.
Əl-Məsirə telekanalı isə Əl-Cof vilayətində Əl-Məslub rayonunda səudiyyə muzdlulaırnı daşıyan bir ədəd hərbi texnikanın məhv edilməsindən xəbər verib.
Yəməndə müharibə informasiya qərargahı da Yəmən ordusu və xalq komitələrinin Səudiyyə Ərəbistanının cənubunda Nəcran sərhəd məntəqəsində bu rejimin Məraş hərbi qərargahına hücumunda səudiyyə hərbçilərinin qaçıb aradan çıxmasını göstərən video yayıb.
Səudiyyə Ərəbistanı BƏƏ, ABŞ, Britaniya və Fransanın dətəyi ilə 2015-ci il mart ayından Yəmənə qarşı hərbi hücuma başlayıb və bu ölkəni quru, hava və dənizdən mühasirəyə alıb.
Səudiyyə Ərəbistanının Yəmənə qarşı hərbi təcavüzü nəticəsində indiyədək 14 mindən çox yəmənli qətlə yetirilib, on minlərlə yəmənli yaralanıb və milyonlarla mülki didərgin düşüb.
Səudiyyə Ərəbistanının Yəmənə qarşı hərbi təcavüzü həmçinin yoxsul ölkəni ərzaq və dərman çatışmazlığı problemi ilə üz-üzə qoyub.
Ali-Səud rejimi və onun müttəfiqləri Yəmən xalqının müqaviməti nəticəsində indiyədək bu ölkədə izlədikləri məqsədə (öz əlaltılarını hakimiyyətə gətirməyə) nail ola bilməyiblər.