Mart 23, 2018 10:38 Asia/Baku
  • BƏƏ-nin Yəmən mərkəzi bankının pullarını müsadirə etməsinin nəticələri
    BƏƏ-nin Yəmən mərkəzi bankının pullarını müsadirə etməsinin nəticələri

Yəmənin Ədən limanında Birləşmiş Ərəb Əmirlkləri və Ərəbistan muzdurları arasındakı döyüşlərin davamında əmirliklərin qüvvələri Yəmən mərkəzi bankının pullarını müsadirə ediblər.

Ədən limanına nəzarət edən Birləşmiş Ərəb Əmirlklərinin xəfiyyə qüvvələri 680 milyon dollar pul ilə bərabər yəmənli bank işçilərini daşıyan bir gəminin Ədən limanına yan almasına mane olublar.

Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbuh Mənsur Hadinin tabeliyində olan mərkəzi bankın məsul şəxsləri bildiriblər ki, əmirliklərin qüvvələri bu bankın pullarından ibarət yükü müsadirə ediblər.

Yəmən mərkəzi bankı başçılarının sözlərinə görə, əmirliklərin qüvvələrinin bu hərəkəti bankın fəaliyyətinin tam şəkildə dayanmasına, Ədəndə və Yəmənin digər əyalətlərində dövlət və hökumət orqanlarından bir qrupunun iflic olmasına, eləcə də yüz minlərlə dövlət işçisinin məvacibinin ödənişində təxirə bais olubdur. 

Yəmən mərkəzi bankı səud koalisiyasınn komandanlığına məktub göndərərək, bu pul yükünün müsadirəsinin ləğv edilməsini istəyib, amma koalisiya qüvvələri bir aydan çox vaxtın keçməsinə rəğmən, hələ də bu yükü azad etməyiblər.

Ərriyadın dəstək verdiyi Yəmənin istefa vermiş dövlətinin tabeliyində olan təhlükəsizlik başçıları bundan öncə Ədən hava limanının Birləşmiş Ərəb Əmirlklərinin dəstəklədiyi muzdurlar tərəfindən ələ keçirilməsindən xəbər vermişdilər. Bu hadisə Ərəbistan ilə Birləşmiş Ərəb Əmirlkləri arasındakı gərginliyi artırıbdır.

Yəmənin cənubundakı olaylar Yəməndə nüfuz üstündə Ərəbistan ilə Birləşmiş Ərəb Əmirlkləri arasındakı ixtilafların kəskinləşməsindən xəbər verir. Bu iki ölkənin hər biri digərini Yəməndən silməyə can atır.

Səudiyyə Ərəbistanı Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbuh Mənsur Hadini hakimiyyətə qaytarmaq bəhanəsilə Amerikanın və bir neçə ərəb ölkəsinin dəstəyi ilə  2015-ci il mart ayından Yəmənə qarşı hərbi hücuma başlayıb. Lakin Yəmənə qarşı hava hücumlarına və bu ölkənin hərtərəfli şəkildə mühasirə edilməsinə rəğmən, təcavüzkarlar özlərinin heç bir hədəflərinə çatmayıblar.

Teqlər