Mart 23, 2018 15:52 Asia/Baku
  • Yəmənin ballistik raket sisteminin təqdimatı olub
    Yəmənin ballistik raket sisteminin təqdimatı olub

Yəmən ordusunun raket bölməsi Ərəbistanın Yəmənə qarşı hərbi hücumunun dördüncü ildönümü günündə özünün "Bədr-1" adlı yerli raket sistemini təqdim edib.

Yəmən ordusunun raket bölməsi dünən Ərəbistanın Nəcran vilayətində yerləşən "Aramko" adlı Ərəbistan milli neft şirkətinin təsisatlarını "Bədr-1" tipli qısa mənzilli raketlə hədəfə aldıqdan sonra təcavüzkarlarla mübarizə üçün bu yerli raket sisteminin xidmətə götürülməsindən xəbər verib.

Bu yerni raket sisteminin təqdimatı xəbəri elə bir halda yayılıbdır ki, Yəmənin ordusu və xalq komitələrinin raket bölməsi ötən çərşənbə günü də Səədə vilayətinin səmasında yer-hava raketi ilə Ərəbistanın F-15 tipli bir ədəd təcavüzkar qırıcısını hədəfə almışdı.

Bundan öncə Yəmən ordusunun sözçüsü Şərəf Loğman vurğulamışdı ki, təcavüzkarların iqtisadi təsisatları onların Yəmənə qarşı təcavüz və mühasirələrinin davam edəcəyi zamanadək Yəmən raketlərinin hədəfində olacaqlar.

Teqlər