Mart 24, 2018 05:50 Asia/Baku
  • Ali-Xəlifə rejimi 29 bəhreynlini həbs edib
    Ali-Xəlifə rejimi 29 bəhreynlini həbs edib

Ali-Xəlifə rejiminin hərbçiləri Bəhreyn şiələrinin rəhbəri Şeyx İsa Qasimin yaşadığı və mühasirəyə alınmış Əlduraz məntəqəsinə basqın edərək, on üç nəfəri, o sıradan bir neçə uşağı həbs ediblər.

Bəhreyn daxili işlər nazirliyinin tabeliyində olan hərbçilər həmçinin Barbar məntəqəsinə basqın edib, həmin məntəqədəki mənzilləri təftiş edərək, bir uşaq daxil olmaqla beş nəfəri həbs ediblər.

Ali-Xəlifə rejiminin muzdurları bu gün səhər də Əlkurə məntəqəsinə basqın edərək, bir nəfəri həbs ediblər.

Ali-Xəlifə rejiminin "İsa Tavən" zindanında öz həbs şəraitinə etiraz olaraq, ikinci dəfə aclıq keçirən Hacər Mənsur Həsən dünən cismani durumunun ağırlığına görə, xəstəxanaya yatırılıbdır.

Bu 49 yaşlı bəhreynli aktivist on səkkiz yaşlı oğlu ilə birgə ötən oktyabrda üç il həbsə məhkum edilibdir.

Bəhreyndə insan haqlarını müdafiə qrup və təşkilatları bu məhkəmə işini bir növ siyasi intiqamalma və ədalətsiz iş adlandırıblar.

İnsan haqları üzrə bir qeyri-hökumət təşkilatına başçılıq edən Hacər Mənsur Həsənin yeznəsi Seyid Əhməd Əlvədai bildirib ki, Ali-Xəlifə rejimi ilə müxalif olan bu qadın üç gün bundan öncədən aclıq keçirir.

Bəhreyn 2011-ci ilin 14 fevralından Ali-Xəlifə rejiminə qarşı xalq inqilabı səhnəsidir. Bəhreyn xalqı öz ölkəsində azadlıq, ədalətin bərqərarı, ayrı-seçkiliyin aradan götürülməsi və seçilmiş hökumətin hakimiyyətə gəlməsini istəyir.

Teqlər