Ərəbistan "əsrin sövdələşməsi" adlı amerikan plana dəstək verir
-
Ərəbistan "əsrin sövdələşməsi" adlı amerikan plana dəstək verir
Fələstinli mənbələr ifşa ediblər ki, Fələstin kəşfiyyatının rəisi Macid Fərəc yanvar ayında Ərriyadda Ərəbistan kralı Salman bin Əbduləzizlə gizli görüşdən sonra onun "əsrin sövdələşməsi" adlı amerikan planla razılaşmasından xəbər verib.
Amerikanın Fələstin məsələsinin ləğv olunması hədəfli "əsrin sövdələşməsi" adlı yeni planı çərçivəsində Donald Tramp 2017-ci ilin dekabrında işğal olunmuş Qüdsü saxta sionist rejimin paytaxtı kimi təqdim edərək, özünün ABŞ səfirliyini Təl-Əvivdən Qüdsə köçürmək barədəki qərarından xəbər verdi.
Adının gizli qalmasını istəyən bir fələstinli mənbə Macid Fərəcin gizli surətdə Ərriyada göndərilməsilə bağlı Ərəbistan kralının Fələstin muxtariyyətinin başçısı Mahmud Abbasla əlaqə saxlamasına toxunaraq, əlavə edib: Bu görüşdə Salman əsrin sövdələşməsinin bütün detallarına toxunmadan "Əbudis" kəndinin Şərqi Qüdsün və Fələstinin paytaxtının bir hissəsi kimi, sionist rejimin Qərbi Qüdsü genişləndirməsinə dair hərəkəti kimi genişləndirilməsinə təkid edib.
Bu fələstinli mənbə Mahmud Abbasın Fərəcin geri dönməsinin təxirə düşməsindən və qərb sahilnə qayıtmaq üçün qərara alınmış müddətdən sonra Ərriyadda bir neçə gün qalmasından hiddətlənməsinə toxunaraq, deyib: Fələstin muxtariyyətinin təhlükəsizlik aparatının sözçüsü Ədnan Əlzəmiri bu səfərdən xəbərsiz olduğunu bildirib.
Mahmud Abbas 14 yanvar tarixli çıxışında bir kəsin adına işarə etmədən deyib: Muxtariyyət Əbudis-in Fələstinin paytaxtına çevrilməsi təklifi ilə müxalifdir.
Sionist medialar da bundan öncə yazmışdılar ki, Fələstin kəşfiyyatının rəisi ötən yanvarda Fələstin muxtariyyəti ilə ABŞ arasında böhranın yaranmasının ardınca gizli şəkildə Ərriyada səfər edibdir.
Sionist rejim televiziyasının məlumatına görə, səudlar fələstinli tərəfə təzyiq göstərməklə onların Amerikanın saziş planı ilə razılaşmalarını əldə etməyə çalışırlar.