Mart 25, 2018 09:54 Asia/Baku
  • Yəmənlilər səudların təcavüzləri qarşısında dayanacaqlar
    Yəmənlilər səudların təcavüzləri qarşısında dayanacaqlar

Yəmən ali siyasi şurasının sədri yəmənlilərin səudların və onların müttəfiqlərinin təcavüzləri qarşısında dayanacaqlarını vurğulayıb.

Yəmən ali siyasi şurasının sədri Salih Əlsəmad cümə günü yəmənlilərin səudların və onların müttəfiqlərinin təcavüzləri qarşısında dayanmalarının üçüncü ildönümü ərəfəsində deyib: Müqavimətin ildönümü günü mərasimində geniş iştirak, səud təcavüzkarları və onların muzdurları ilə döyüşün bir hissəsi sayılır.

Əlsəmad deyib: Yəmən xalqı yəmənlilərin səudların təcavüzləri qarşısında müqavimətinin üçüncü ildönümü günü mərasimində iştirak etməklə özünün məzlumluq və müqavimət mesajını dünya xalqlarına çatdırmalıdır.

Yəmən ali siyasi şurasının sədri həmçinin bu mərasimin əzəmətlə keçirilməsini vurğulayıb. Belə ki, xalqın, bəşəriyyətin müasir tarixdə gördüyü ən vəhşicəsinə hücum qarşısındakı müqavimətinə uyğun olmuş olsun.

Ərəbistan ABŞ-ın dəstəyilə 2015-ci ilin martında Yəmənə təcavüz edib. Ərəbistan rejimi və ABŞ Yəmən xalqının müqavimətinə görə, indiyədək öz hədəflərinə çata bilməyiblər.

Teqlər