Mart 26, 2018 12:05 Asia/Baku
  • Yəməndə Səudiyyə Ərəbistanına qarşı aksiya
    Yəməndə Səudiyyə Ərəbistanına qarşı aksiya

Yəməndə yüz minlərlə əhali Səudiyyə Ərəbistanının bu ölkəyə qarşı hərbi təcavüzününü 3-cü ildönümündə paytaxt Sənada etiraz aksiyası keçirib.

Yəmənin Əl-Məsirə telekanalının verdiyi məlumata görə, bu gün Səudiyyə təcavüzkarları qarşısında müqavimətin 3-cü ildönümü günündə milyonlarla yəmənli Səna şəhərinin Səbeyn meydanına toplaşaraq, Səudiyyə Ərəbistanı və onun muzdlularının cinayətlərini pisləyiblər. 

Yəmən xalqı neçə gün öncədən müxtəlif vilayətlərdən paytaxt Sənaya doğru yola düşərək Səbeyn meydanı mitinqində iştiraka təşəbbüs göstərmişdir. 

Yəmənin Ali Siyasi Şurasının sədri Salih Əssəmad bu böyük mitinqdə etdiyi çıxışında deyib: Təcavüzkarlar Yəməni işğal etmək və xalq arasında təfriqə salmaq, hərc-mərclik törətməyə cəhd göstərirlər ona görə ki, bu yolla Amerikanın birbaşa işğalçılığına yol açmış olsunlar. 

Əssəmad deyib: Amerikanlar Yəmənə hücumlara birbaşa nəzarət edir və xüsusiylə sahil bölgələrdə hücumlarda iştirak edirlər. 

Yəmən Ənsarullahının baş katibi Əbdül-Məlik Bədrəddin də müqavimətin 3-cü ildönümü mərasimində etdiyi çıxışında deyib: Ağır siyasi, hərbi və iqtisadi şəraitə baxmayaraq xalqımız Amerikan-Səudiyyə təcavüzkarlarına qarı müqavimət göstərərək öz əzəmətini nümayiş etdirmiş oldu. 

Teqlər