Nəsrullah: Yəmən raketlərinin Ər-Riyada çatması böyük hərbi uğurdur
https://azeri.sahartv.ir/news/qərbi_asia-i300024-nəsrullah_yəmən_raketlərinin_Ər_riyada_çatması_böyük_hərbi_uğurdur
Livan Hizbullahının baş katibi Yəmən raketlərinin Ərəbistanın paytaxtı Ər-Riyad şəhərini habelə, bu ölkənin digər şəhərlərini hədəfə almasını böyük hərbi uğur adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 27, 2018 12:24 Asia/Baku
  • Nəsrullah: Yəmən raketlərinin Ər-Riyada çatması böyük hərbi uğurdur
    Nəsrullah: Yəmən raketlərinin Ər-Riyada çatması böyük hərbi uğurdur

Livan Hizbullahının baş katibi Yəmən raketlərinin Ərəbistanın paytaxtı Ər-Riyad şəhərini habelə, bu ölkənin digər şəhərlərini hədəfə almasını böyük hərbi uğur adlandırıb.

Livan  Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Yəmən silahlı qüvvələrinin raket bölməsinin Ərəbistanın ən uzaq məntəqələrini belə hədəfə almasını böyük və heyrət doğuran hərbi üstünlük adlandırıb.

Seyid Həsən Nəsrullah daxili bir görüşdə deyib: Səudiyyəlilərin və amerikalıların iri miqyaslı hücumlarına baxmayaraq, yəmənlilər heyrət doğuran uğurlara imza atırlar.

Nəsrullah əlavə edib: bu uğurlar yəmənlilərin bu günkü hərbi potensiallarının 3 il öncə ilə yəni, Yəmənin dolayısı ilə Ərəbistanın işğalı altında olduğu dövr ilə müqayisədə nə qədər çox inkişaf etdiyindən xəbər verir. Livan Hizbullahının baş katibi yəmənlilərin raketlərinin Ər-Riyada və Ərəbistanın digər şəhərlərinə çatmasını böyük hərbi uğur adlandırıb.