Mart 27, 2018 18:34 Asia/Baku
  • Yəmənli sözçü: Güc balansı yəmənlilərin xeyrinədir
    Yəmənli sözçü: Güc balansı yəmənlilərin xeyrinədir

Yəmənin silahlı qüvvələrinin rəsmi sözçüsü deyib: Yəmən ordusu və yəmənli qüvələrin nailiyyətləri və Səudiyyə Ərəbistanının başçılıq etdiyi təcavüzkar koalissiyanın son 3 il ərzində öz məqsədləri istiqamətində heç bir irəliləyiş əldə etməmələrini nəzərə alaraq güc bvalansı yəmənli qüvvələrin xeyirinədir.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, Yəmənin silahlı qüvvələrinin rəsmi sözçüsü Şərəf Loqman bu gün səudiyyə Ərəbistanının Yəmənə qaşrı təcavüzünün 3 ilinin tamam olması münasibəti ilə bir televiziya verilişində etdiyi çıxışında deyib: Səudiyyə Ərəbistanının Yəmənə qarşı təcavüzünün başlanğıcında bu hücum çətin idi amma yəmənli qüvvələr onun qarşısında müqavimət göstərdilər və Yəmənin məruz qaldığı ziyanların böyük hissəsi yömənə təcavüzün ilk vaxtlarına aiddir. 

Şərəf Loqman deyib: Təcavüzkarların hücumlarına qarşı müqavimətdən və strateji seçimlərə başlamaqdan sonra quruluşu və silahlarının böyük hissəsi məhv olmuş ordunun yenidən qurulması və inkişafı mərhələsinə start verildi və 40 gündən sonra strateji seçimlərə başlanıldı, ordu inkişafa start verdi və bu gün ordu son dərəcə güclüdür. 

Teqlər