Mart 31, 2018 09:00 Asia/Baku
  • Hizbullah: Qəzzə olayları Fələstin ideyasının hələ də canlı olduğunu göstərdi
    Hizbullah: Qəzzə olayları Fələstin ideyasının hələ də canlı olduğunu göstərdi

Livan Hizbullahı "Torpaq günü" münasibəti ilə Qəzzədə keçirilən "Qayıdış Haqqı" yürüşü barədə bir bəyanat yayaraq, bildirib: Baş verənlər bir daha sübut etdi ki, Fələstin ideyası hələ də sağdır və Fələstin xalqı işğal edilmiş ərazilərinin azadlığı yolunda hər an ən dəyərli qurbanlarını təqdim etməyə hazırdır.

İRNA-nın məlumatına görə, cümə günü axşam yayımlanan bu bəyanatda Livan Hizbullahı Fələstin xalqının qəhrəmanlıqlarını alqışlayıb və daim Fələstin xalqının kənarında olduğunu, fələstinlilərin işğalçılar qarşısındakı mübarizəsini dəstəklədiyini elan edib. 

Hizbullah Fələstin xalqının cümə günü Qəzzədə təşkil etdiyi böyük yürüşü fədakarlıq və qəhrəmanlığın ən gözəl səhnələri adlandırıb və bildirib: Fələstin xalqı şəhidlərinin qanı, düyünlənmiş yumruqları və uca fəryadı ilə öz dəyişilməz haqqına təkid etdi. 

Hizbullah "Qayıdış Haqqı" yürüşündə bir neçə fələstinli gəncin qəhrəmancasına şəhid olması münasibətilə başsağlığı verərək, yaralılara Allahdan şəfa diləyib, dünyanın azad insanlarından xüsusilə Ərəb və Müsəlman xalqlardan Fələstin məsələsi qarşısında məsuliyyətli olmalarını, üzərlərinə düşən vəzifəni yerinə yetirməyi, Fələstinin azadlığı yolunda əllərindən gələn köməyi əsirgəməməyi istəyib. 

Teqlər