Mahmud Abbas: Qəzzədə fələstinlilərin qırğın edilməsinə görə İsrail başçıları məsuliyyət daşıyırlar
-
Mahmud Abbas: Qəzzədə fələstinlilərin qırğın edilməsinə görə İsrail başçıları məsuliyyət daşıyırlar
Fələstin Özünüidarə Hökumətinin başçısı "Torpaq Günü"ndə Qəzzə ilə işğal edilmiş Fələstin ərazilərinin sərhəd məntəqəsində 16 fələstinlinin şəhid edilməsi və mindən çox fələstinlinin yaralanmasına görə, İsrailin nazirlər kabinetinin məsuliyyət daşıdığını bildirib.
İRİB-nin verdiyi məlumata görə, Mahmud Abbas dünən gecə Fələstinin dövlət televiziyasında yayımlanan çıxışında BMT-dən İsrail rejiminin artan hücumları qarşısında müdafiəsiz Fələstin xalqını himay əistiqamətində dərhal təcili addımlar atmasını istəyib.
Fələstin Özünüidarə Hökumətinin başçısı Mahmud Abbas Fələstinin BMT-dəki nümayəndəsinə Fələstin xalqını himayə üzrə təcili və lazımi işlərin həyata keçirilməsi barədə göstərişin verildiyini bildirib və deyib: "Qayıdış Haqqı" yürüşündə bu qədər çox insanın şəhid edilməsi və yaralanması dünya ictimaiyyəti və beynəlxalq dairələrin müdafiəsiz Fələstin xalqını himayə üzrə vəziyyətə müdaxilə etməsini zəruriləşdirir.